Myanmada baş verən zəlzələlərdə 1 Çin vətəndaşı ölüb, 15 nəfər yaralanıb

Myanmada baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələdə 1 Çin vətəndaşının öldüyü, 15 nəfərin yaralandığı bildirilib.
Çinin Myanmadakı səfirliyi açıqlamasında zəlzələdən zərər çəkən Çin vətəndaşları haqqında məlumat verib.
Açıqlamada zəlzələlərdə 1 Çin vətəndaşının öldüyü, 15 nəfərin yaralandığı, Çinin Myanmadakı səfirliyi və baş konsulluğunun ölənlərin yaxınlarına və təbii fəlakətdən zərər çəkmiş digər vətəndaşlara lazımi yardım və dəstəyin göstərildiyi bildirilib.