Myanmada baş verən zəlzələdə ölənlərin sayı artıb

Myanmada baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələdə ölənlərin sayının 2 min 56-ya, yaralı sayının isə 3 min 900-ə yüksəlib.
Myanma hakimiyyəti bəyanatında zəlzələlərdə 2056 nəfərin öldüyünü, 3900 nəfərin yaralandığını və təxminən 270 nəfərin hələ də itkin düşdüyünü bildirib.
Digər tərəfdən zəlzələnin hiss olunduğu Tailandın paytaxtı Banqkokda 17 nəfərin öldüyü, 32 nəfərin yaralandığı, 83 nəfərin itkin düşdüyü qeyd edilib.