Vanuatuda baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayı 14-ə çatıb


Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda dünən baş verən 7,3 bal gücündə zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyi bildirilib.


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) rəsmisi Keyti Qreinvud sosial media hesabından verdiyi açıqlamada zəlzələdən zərər çəkənlər üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

İlk yardım, sığınacaq, su kimi ehtiyacların olduğunu vurğulayan Qrinvud zəlzələdə ölənlərin sayının 14-ə yüksəldiyini və 200 nəfərin müalicə olunduğunu bildirib.

Digər tərəfdən, IFRC-nin baş katibi Caqan Çapaqain X platformasındakı hesabında etdiyi şərhdə Vanuatuda baş verən zəlzələdən narahat olduğunu və ölkədə Qırmızı Xaç ofisi və uçuş zolaqları kimi bəzi mühüm infrastrukturların zədələndiyini bildirib.

Çapaqain Qırmızı Xaç qruplarının yardım səylərinə hazır olduğunu bildirib.

Qeyd edilib ki, dünən Vanuatuda paytaxt Port Vila sahillərindən 30 kilometr aralıda təxminən 57 kilometr dərinlikdə 7,3 bal gücündə zəlzələ baş verib.

Zəlzələdən sonra verilən sunami xəbərdarlığı daha sonra ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu