İranda zəlzələ: 4 nəfər ölüb
İranın şərqindəki Rəzəvi Xorasan əyalətinin Kəşmər rayonunda zəlzələ baş verib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 4 nəfərin öldüyü, 120 nəfərin yaralandığı bildirilib.
Kəşmər vilayətinin valisi Höccətullah Şəriətmədari 5 bal gücündə zəlzələnin yerli vaxtla saat 13.24-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində rayonda və rayonun "Zində Can" kəndində cəmi 2 evin zərər gördüyünü deyən Şəriatmedari 4 nəfərin həyatını itirdiyini açıqlayıb.
Zəlzələdə 120 nəfərin yaralanıb. Şəriətmədari, yaralıların əksəriyyətinin ambulator, bəzilərinin isə xəstəxanalarda müalicə altına alındığını bildirib.