İranın Rəzəvi Xorasan əyalətində güclü zəlzələ baş verib
İranın Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərində güclü zəlzələ baş verib.
“Mehr” xəbər verir ki, Əfqanıstanın Herat şəhərindən şimal-qərbdə 6,3 bal gücündə zəlzələ 7 km dərinlikdə baş verib və Məşhəd də daxil olmaqla İranın Xorasan Rəzəvi əyalətinin şərq şəhərlərində hiss olunub.
Zəlzələ Türkmənistan və Özbəkistanda da hiss olunub.
Bir neçə dəqiqə sonra 20 km dərinlikdə 5,6 bal gücündə daha bir zəlzələ baş verib.
Mümkün tələfat və ya binalara ziyan dəyməsi barədə hələlik məlumat yoxdur.