Nepalda 5,5 bal gücündə zəlzələ baş verib


Nepalın Kodari kəndi yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.



Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) Kodari kəndindən 14 kilometr cənubda baş verən zəlzələ ilə bağlı açıqlama verib.

Yerli vaxtla səhər saatlarında baş verən və maqnitudası 5,5 olan zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi qeyd edilib.

Hələlik insan tələfatı, dağıntılar barədə heç bir açıqlama və sunami xəbərdarlığı verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu