Texasda 5 bal gücündə zəlzələ baş verib

ABŞ-ın Texas ştatının Toyah bölgəsinin şimal-qərbində 5 bal gücündə zəlzələ baş verib.
Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) Toyah bölgəsinin 53 kilometr şimal-qərbində baş verən zəlzələ ilə bağlı açıqlama verib.
5 bal gücündə zəlzələnin 6 kilometr dərinlikdə baş verdiyi qeydə alınıb.
Tələfat və dağıntılarla bağlı hələlik heç bir açıqlama verilməyib.