Argentina yarım əsrdən çox müddətə qüvvədə olan ixrac qadağasını ləğv edir


Argentina hökuməti ölkədə 1973-cü ildən bəri mövcud olan diri mal-qaranın ixracına qoyulan qadağanı ləğv edib.


AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qərar prezident Xavyer Miley və iqtisadiyyat naziri Luis Kaputo tərəfindən təsdiqlənib. Ölkə hakimiyyəti yarım əsrdən çox yaşı olan fərmanın ləğvini yerli heyvandarlar üçün yeni satış bazarları açmaq istəyi ilə izah edib.

Argentinanın əsas mal əti ixracının 2024-cü ilin yanvar-sentyabr aylarında xaricə satışı demək olar ki, 700 min tona çatıb ki, bu da son 57 ildə ən yüksək göstəricidir. ABŞ-a tədarüklər 46 faiz artıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu