Brüsseldəki atışmadan sonra bir çox metro stansiyaları bağlanıb
Belçikanın paytaxtı Brüsselin əsas metro stansiyasına silahlı hücumdan sonra şəhərdəki bir çox metro stansiyaları bağlanıb.
Belçika Baş Prokurorluğu hücumda heç kimin xəsarət almadığını açıqlasa da, yerli VRT telekanalı hücumu həyata keçirən şübhəlilərin hadisədən sonra metro tunellərinə doğru qaçdığını bildirib.
Belçika polisi hadisənin narkotiklə əlaqəli cinayətlər nəticəsində baş verdiyini bildirib.
Hücum bir çox Avropa İttifaqı qurumlarının və NATO-nun qərargahının yerləşdiyi Brüsseldə sıx şəkildə istifadə edilən metro sistemində nəqliyyatın hərəkətini iflic edib.