Belçikanın yeni baş naziri Bart De Vever oldu


Belçikada təxminən 8 ay davam edən koalisiya danışıqlarından sonra hökumət qurulub və sağ təmayüllü Yeni Flaman Alyansının (N-VA) lideri Bart De Vever ölkənin yeni baş naziri olub.



9 iyun 2024-cü ildə keçirilən seçkilərdə birinci partiya olan Flaman millətçisi N-VA-nın lideri De Vever 237 günlük koalisiya danışıqlarından sonra əldə edilən konsensus nəticəsində yeni baş nazir olub.

Hazırkı baş nazir Aleksandr de Krudan vəzifəni təhvil alan De Vever Kral Filipin hüzurunda and içib.

De Vever bu gün paytaxt Brüsseldə keçiriləcək qeyri-rəsmi Avropa İttifaqının (Aİ) sammitində də ölkəsini təmsil edəcək.

Koalisiyanın digər tərəfdaşları liberal Frankofoniya partiyası "MR", mərkəzçi Frankofoniya "Les Engages", sosialist Flamand "Vooruit" və xristian demokrat "CD&V" olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu