Milli Məclisdə amnistiya aktının qəbul olunması təklif edilir


"Ölkəmizdə amnistiya aktına ehtiyac var. Amnistiya daha geniş əhatəyə şamil olunur".


Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Ümummilli liderdən başlayaraq, Azərbaycanda 13 amnistiya aktı və 70-dən artıq əfv sərəncamı qəbul olunub: "Ən böyük Amnistiya Aktı Birinci Vitse-prezidentimiz hələ deputat olarkən onun təşəbbüsü ilə qəbul edilmişdi və 5000 insan azadlığa qovuşmuşdu. Parlament yenə təşəbbüs göstərib, Müstəqillik Günümüzə qədər belə bir Amnistiya Aktını işləyib hazırlaya bilər. Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir. Bu amnistiya aktının qəbulu onları da sevindirər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu