Həkimlərin reklamına qadağa qoyulmalıdır - parlamentdə məsələ qaldırıldı
Azərbaycan həkimlərin reklamına qadağa qoyulması təklif olunub.
Qaynarinfo xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Musa Quliyev çıxış edib.
O, qeyd edib ki, "Reklam haqqında" qanuna dəyişiklik daxil edilməlidir: "Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır".