"Twitter"dən şok qərar: marixuananın reklamına icazə verildi


“Twitter” sosial şəbəkəsinin administrasiyası Amerika şirkətlərinə marixuananın reklamına icazə verib.


“Politico” xəbər verir ki, İlon Maskın rəhbərliyi ilə twitter administrasiyası öz siyasətinə belə bir dəyişiklik edib. Şirkətin rəsmi twiter səhifəsində marixuana reklamçılarının öz məhsullarını reklam edərkən Kanada və ABŞ-ı hədəf almasına icazə verilməsindən bəhs edilir. Bununla belə reklamlarda məhdudiyyətlər nəzərə alınmalıdır. Reklamlarla bağlı bəzi tələblər də var. Məsələn, müvafiq orqanlar tərəfindən lisenziya verilməsi, yalnız mal və ya xidmətlərin internetdə təşviqi üçün icazəsi olan ölkələr və bölgələrə reklam təqdim etmək, onların təkliflərini azyaşlı internet istifadəçilərinə yaymamaq tələbləri dəyişiklikdə öz əksini tapıb.

Bu bir kampaniyadır və martın sonuna qədər davam edəcək - deyə "Politico" yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu