Mask Twitter islahatlarını "sivilizasiyanın gələcəyi uğrunda döyüş" adlandırır


“Twitter”i satın alan İlon Mask Amerikada söz azadlığının xilas edilməsinin vacibliyini bəyan edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Amerikanın “Twitter” şirkəti internetdə söz azadlığının boğulması ilə bağlı bəyanatları sübut edən sənədlər dərc edəcək. Bunu sosial şəbəkənin yeni sahibi deyib. Onun sözlərinə görə, xalq əslində nə baş verdiyini bilməyə layiqdir. Milyarder şərhçilərlə də mübahisəyə girib. İlon Mask bildirib ki, Amerikada onlayn senzuraya qarşı inqilab dalğası gəlir: “Bu, sivilizasiyanın gələcəyi uğrunda döyüşdür. Söz azadlığı hətta Amerikada da itirilirsə, qarşıda bizi yalnız tiranlıq gözləyir”.
Milyarder dərhal keçmiş rəhbərliyi işdən çıxarıb, xərcləri azaltmaq və tez qazanc əldə etmək üçün işçi heyətini yarıya endirmək qərarına gəlib. Sosial şəbəkənin sahibinin dəyişməsindən sonra böyük brendlər Twitter-də reklam xərclərini minimuma endirib, digər korporasiyalar isə saytla əməkdaşlığı tamamilə dayandırıb. İlon Mask bu yaxınlarda ABŞ-ın keçmiş prezidenti Donald Trampın Twitter hesabının blokdan çıxarılıb-çıxarılmaması ilə bağlı sorğu keçirib. İstifadəçilərin demək olar ki, 52%-i bunun lehinə olub. Sorğudan sonra səhifə bərpa olundu. Amma Tramp bu sosial şəbəkəyə qayıtmaq fikrində olmadığını bildirib, çünki “onun çoxlu problemləri var”.
İlon Mask həmçinin Twitter-də bloklanmış hesabların onlara rəhbərlik edənlərin qanunu pozmaması və spam göndərməməsi təqdirdə bərpa ediləcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu