Qazanc öz işini gördü: “Twitter”in aktiv istifadəçilərinin sayı rekord həddə - FOTO
“Twitter” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı yenidən rekord həddə çatıb.
AFN-in məlumatına görə, bu barədə amerikalı milyarder İlon Mask özünün “Twitter” hesabında xəbər verib.
“Və... biz bu dəqiqə etibarilə “Twitter” istifadəçilərinin sayına görə rekord qırdıq”, – sahibkar öz səhifəsində yazıb.
Mask əvvəlki rekordu noyabrın 11-də elan etmişdi.
Amma hər iki halda istifadəçilərin dəqiq sayı açıqlanmayıb.
Noyabrın 7-də “The Verge” internet portalı daxili “Twitter” sənədinə istinadən yazıb ki, sosial şəbəkədən pul qazanan istifadəçilərin sayında gündəlik artım Maskın rəhbərliyinin ilk həftəsində rekord həddə çatıb; pul qazanan istifadəçilərin sayında gündəlik artım 20% artıb.