Belçikada koalisiya danışıqları nəticəsiz qalıb


İyunun 9-da Belçikada keçirilən ümumi seçkilərdən sonra hökuməti qurmaq vəzifəsi verilən Yeni Flaman Alyansının (N-VA) lideri Bart De Vever apardığı danışıqların uğursuz olduğunu bildirərək istefasını Kral Filipə təqdim edib.



Belçika Krallığı tərəfindən verilən açıqlamada De Veverin yerli vaxtla 20.15-də koalisiyanın işləri ilə bağlı Kral Filipə hesabat təqdim etdiyi və daha sonra hökuməti qurmaq vəzifəsini geri qaytardığı açıqlanıb.

Açıqlamada Kralın sabahdan etibarən yeni bir ad qiymətləndirməyə başlayacağı və bu məqsədlə N-VA, Frankofoniya partiyaları MR və Les Engages, Flamand partiyaları Vooruit və CD&V liderləri ilə görüşlər keçirəcəyi bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu