Bolqarıstanda hökumət qurmaq üçün ikinci cəhd də uğursuz oldu


Bolqarıstanda hökumət böhranı davam edərkən, baş nazir Nikolay Denkovun hökumətinin istefasından sonra hökuməti qurmaq üçün ikinci cəhd də uğursuz alınıb.



Bolqarıstan parlamentində ikinci ən böyük qrup olan Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan (PP-DB) Alyansı hökumət qurmaqdan vaz keçib.

Prezident Rumen Radev sədrlikdə keçirilən mərasimdə hökumətin qurulması tapşırığını PP-DB tərəfindən baş nazir vəzifəsinə irəli sürülən Nikolay Denkova tapşırıb.

Denkov indiyə qədər onların koalisiya ortağı olmalı olan Bolqarıstanın Avropa İnkişafı Naminə Vətəndaşlar (GERB) Partiyası ilə apardıqları danışıqların nəticəsiz qaldığını və PP-DB olaraq kabinet yaratmaqdan vaz keçdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu