Bolqarıstanda hökumət qurmaq cəhdləri uğursuzluqla nəticələnib


Martın 6-da Bolqarıstanda baş nazir Nikolay Denkovun hökuməti istefa verdikdən sonra yeni hökumətin formalaşdırılması cəhdləri uğursuz alınıb.


Parlamentdə ən böyük qrupa malik Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyasından baş nazirliyə namizədliyi irəli sürülən Mariya Qabrielin namizədliyindən geri çəkilmə qərarı siyasi prosesin davam etdirilməsi üçün səsə qoyulub. 240 deputatdan ibarət parlamentdə səsverməyə qatılan 227 deputatdan 226-sı Qabrielin namizədlikdən geri çəkilməsini dəstəklədiyi halda, 1 deputat bitərəf qalıb.

Beləliklə, hökumət qurmaq cəhdləri nəticəsiz qaldı.

Qeyd edək ki, Qabriel dünən mətbuata verdiyi açıqlamada GERB partiyası adından parlamentdə bir qrupu olan Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan (PP-DB) Alyansı ilə son günlərdə apardığı koalisiya danışıqlarının uğursuz olduğunu bildirmişdi.

Baş nazirliyə namizədliyindən imtina edən və hazırladığı kabinet layihəsini geri götürən Qabriel qərarını parlamentə yazılı şəkildə təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu