İngiltərə kralı III Çarlz Starmerə hökumət qurmaq tapşırığını verdi

Kral III Çarlz İngiltərədə dünən keçirilən ümumi seçkilərdə qalib gələn İşçi Partiyasının lideri Keir Starmeri hökuməti qurmaq vəzifəsinə təyin edib.
Bukingem Sarayından verilən açıqlamaya görə, kral Çarlz Starmerlə görüşərək hökuməti qurma vəzifəsini ona verib.
Görüşdə Starmerin həyat yoldaşı Viktoriya Starmer və Kral Çarlzın xüsusi müşaviri Klayv Alderton da iştirak edib.
Starmerdən əvvəl Kral Çarlz keçmiş baş nazir Rişi Sunak ilə görüşüb. Sunak iclasda istefasını Kral Çarlza təqdim edib.
Görüşlə bağlı Bukingem Sarayından verilən açıqlamada Kral Çarlzın istefanı qəbul etdiyi bildirilib.