"Google" xəritədə “HELP” və “TRAFICO” sözləri diqqət çəkib
Los-Ancelesdəki dəmir yolu həyətində "Google Maps" şəkillərində diqqət çəkən “HELP” və “TRAFICO” sözləri sosial mediada narahatlıq yaradıb.
San Bernardino şossesi yaxınlığında "Union Pacific Railroad"a aid ərazidə aşkarlanan bu yazılar insan alveri şübhəsi ilə sosial media istifadəçilərinin diqqətini çəkib.
Los Anceles Polis İdarəsi açıqlamasında yazıların təxminən bir il əvvəl yaradıldığını və hadisə yerində heç bir təhlükənin olmadığını bildirib.
Səlahiyyətlilər mətnlərin ərazidəki kimsə tərəfindən dəfələrlə yazıldığını və bunun anlaşılmazlıqlara səbəb olduğunu bildirib.
O da bildirilib ki, bu şəxs təkcə Union Pacific torpaqlarında deyil, digər ətraf mülklərdə də oxşar yazılar yazıb.
Los Anceles Polis Departamenti sosial mediada paylaşılan bir video ilə bağlı verdiyi açıqlamada, sözügedən adamın mənzil təkliflərini və ya psixi sağlamlığın qiymətləndirilməsini rədd etdiyini bildirib.
Hadisənin insan alveri ilə heç bir əlaqəsi olmadığı vurğulanıb.