ABŞ-da helikopterlə təyyarənin toqquşması nəticəsində ölən 55 nəfərin cəsədi tapılıb


ABŞ-ın səlahiyyətliləri sərnişin təyyarəsi ilə hərbi helikopterin havada toqquşması nəticəsində ölən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayıb.



Vaşinqton Yanğınsöndürmə və Fövqəladə Xidmətlər Direktoru Con Donnelli bildirib ki, Potomak çayında qəzada ölənlərin cəsədlərinin axtarışı davam edir.

Qəzada həyatını itirən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığını və şəxsiyyətlərinin müəyyən edildiyini açıqlayan Donnelli həyatını itirən hər bir vətəndaşın cəsədi tapılana qədər işlərinə davam edəcəklərini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu