Qəzaya uğrayan təyyarənin sərnişinlərinin hamısı ölüb
Xilasedicilər Ronald Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olan 28 nəfərin cəsədini çıxarıblar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, artıq hadisə yerində sağ qalanların olduğuna ümid qalmayıb
Bu barədə ərazi üzrə yanğınsöndürmə idarəsinin rəisi Con Donnelli mətbuat konfransı zamanı deyib. "Hazırda sağ qalanların olduğuna inam qalmayıb" - deyə idarə rəisi bildirib.