Türkiyədə iki hərbi helikopterin toqquşması nəticəsində 6 nəfər ölüb


Türkiyənin İsparta vilayətində iki hərbi helikopter toqquşub.


AFN.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində 6 hərbçi həlak olub.

Ölənlər arasında briqada generalı, quru qoşunları aviasiya məktəbinin rəisi də var.

Bundan əvvəl əyalət qubernatoru Abdullah Erin 5 əsgərin öldüyünü bildirmişdi.

Helikopterlərdən biri yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Helikopterin qəzaya uğradığı yerdə baş verən yanğın tez bir zamanda söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu