Nigeriyada iki avtobusun toqquşması nəticəsində 28 nəfər ölüb


Nigeriyanın Ondo əyalətində iki avtobus toqquşub. Qəza nəticəsində 28 nəfər ölüb, 49 nəfər yaralanıb.



Milli Yol Təhlükəsizliyi Təşkilatının Ondo əyalət koordinatoru Samuel İbitoye verdiyi açıqlamada əyalətin Ore-Lagos şossesindəki Odigbo bölgəsində iki sərnişin avtobusunun toqquşduğunu söyləyib.

İbitoye qəzada 28 nəfərin həyatını itirdiyini, 49 nəfərin isə yaralandığını qeyd edib.

Yaralıların xəstəxanaya aparıldığını bildirən İbitoye ölənlərin sayının artacağından narahat olduğunu qeyd edib.

Həddindən artıq sürətin qəzaya səbəb ola biləcəyinə diqqət çəkən İbitoye sürücüləri daha diqqətli olmaları barədə xəbərdar edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu