Misirdə sərnişin avtobusu aşıb: 12 nəfər ölüb, 33 nəfər yaralanıb


Misirin şərqindəki Süveyş əyalətində sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayı 12-yə çatıb.



Misir Səhiyyə Nazirliyindən verilən açıqlamada Ayn Suhna yolunda baş verən qəza ilə bağlı cari rəqəmlər paylaşılıb.

Açıqlamada sərnişin avtobusunun aşması nəticəsində ölənlərin sayının 12-yə, yaralıların sayının isə 33-ə yüksəldiyi qeyd edilib.

Qeyd edək ki, nazirlikdən dünən verilən açıqlamada qəza nəticəsində 7 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu