Yanvarın 28-dən bəri Egey dənizində 570 zəlzələ baş verib
Yanvarın 28-dən bu günədək Egey dənizində 570 zəlzələ qeydə alınıb.
Zəlzələ fırtınası şəklində inkişaf edən bu fəaliyyət nəticəsində 1-2 arasında 100, 2-3 arasında 255, 3-4 arasında 182, 4-5 arasında isə 33 zəlzələ baş verib. Bu günə qədər ən böyük zəlzələ 4,9 bal gücündə qeydə alınıb.
Zəlzələlər Santorini adasından təxminən 25 kilometr şimal-şərqdə artıb və dərinlikləri 5 ilə 25 kilometr arasında dəyişib.
Mənbə: AA