Tayvanda 5,6 bal gücündə zəlzələ baş verib


Bu səhər Tayvanın cənub-qərbində Çiayi əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.



Mərkəzi Meteorologiya Bürosunun (CWA) verdiyi açıqlamada episentrinin Çiayi şəhər mərkəzindən 40,5 kilometr cənub-şərqdə, Dapu rayonunda olan zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Bildirilib ki, 5,6 bal gücündə baş verən zəlzələ yanvarın 21-də Çiayi əyalətinin Dapu rayonunda baş vermiş 6,4 bal gücündə zəlzələdən sonra baş verən təkanlardan biridir.

Zəlzələdən sonra maqnitudası 3,2 ilə 4,3 arasında olan beş yeraltı təkan qeydə alınıb.

Yanvarın 21-də baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində Çiayi əyaləti silkələnib və zəlzələ nəticəsində 27 nəfər xəsarət alıb və ciddi maddi ziyana səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu