Mərakeşdə 4,5 bal gücündə zəlzələ baş verib


Mərakeşin şimalında yerləşən İfran şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.



Mərakeş Milli Geofizika İnstitutunun prezidenti Nasser Kabur SNRT televiziyasına verdiyi açıqlamada səhər saatlarında baş verən 4,5 bal gücündə zəlzələnin episentrinin ölkənin şimalında yerləşən İfran əyalətinin Sidi əl-Mahfi qəsəbəsi olduğunu bildirib.

Kabur yerin 10 kilometr dərinliyində baş verən zəlzələnin can və mal itkisinə səbəb olmadığını bildirib.

Qeyd edək ki, 2023-cü il sentyabrın 8-nə keçən gecə episentri Mərakeşin Əl-Huz bölgəsində 7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində 2690 nəfər ölüb, 6125 nəfər xəsarət alıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu