Ekvadorda 5,2 bal gücündə zəlzələ baş verib


Ekvadorda 5,2 bal gücündə zəlzələ baş verib.



ABŞ Geoloji Xidməti (USGS) episentri El Oro əyalətinin Pinas qəsəbəsi olan 5,2 bal gücündə zəlzələnin yerin 88 kilometr dərinliyində baş verdiyini bildirib.

Zəlzələdə can və mal itkisi olmayıb.

Xatırladaq ki, 2016-cı il aprelin 17-də Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 77-dən çox insan həyatını itirib.

Qeyd edək ki, ölkə seysmik aktivliyin intensiv olduğu “Sakit okean od halqası” adlanan zəlzələ zonasında yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu