Mərakeşdə 4,7 bal gücündə zəlzələ baş verib


Mərakeşdə 4,7 bal gücündə zəlzələ baş verib.



Mərakeş Milli Geofizika İnstitutunun prezidenti Nasser Cabur episentri ölkənin mərkəzi bölgələrindəki Deryuş şəhəri yaxınlığında olan 4,7 bal gücündə zəlzələnin dünən axşam baş verdiyini söyləyib.

Cabur zəlzələnin Dəryuş, Nazur və Huseyme şəhərləri və ətraf rayonlarda hiss edildiyini bildirib.

Zəlzələ nəticəsində can və ya mal itkisi ilə bağlı məlumat paylaşılmayıb.

Xatırladaq ki, 2023-cü il sentyabrın 8-nə keçən gecə Mərakeşin Əl-Huz şəhərində baş verən zəlzələ nəticəsində 3 minə yaxın insan həyatını itirib, 6 mindən çox insan isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu