Santorini adasında seysmik aktivliyə görə təhsil 1 gün müddətinə dayandırılıb


Yunanıstanın Santorini adasında son vaxtlar seysmik aktivliyin artması ilə əlaqədar bəzi qapalı ərazilərin fəaliyyəti ləğv edilib və məktəblərdə təhsil bir gün müddətinə dayandırılıb.


Santorini Adası Bələdiyyəsi Şurasının keçirdiyi fövqəladə iclasda adada son vaxtlar seysmik aktivliyin artması ilə əlaqədar tədbir görülməsinə qərar verilib.

Bu çərçivədə dünən və bu gün adada bələdiyyəyə aid qapalı ərazilərdə keçirilməsi planlaşdırılan bütün tədbirlər və yığıncaqlar ləğv edilib.

Tədbirlər çərçivəsində bu gündən körpələr evi, ibtidai və orta məktəblərdə tədris dayandırılıb.

Qərarda həmçinin vətəndaşlardan Amudi və Paleo Limena (Köhnə Liman) ərazilərində qalmamaları istənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu