Belçikada ibtidai və orta məktəblərdə smartfondan istifadə qadağan edilib
Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.
Valloniya-Brüssel Təhsil Şəbəkəsinin (WBE) qəbul etdiyi qərara əsasən 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək.
Qadağa 132 min 600 tələbəni əhatə edəcək.
Ölkənin flamanddilli tərəfində hökumətin hələ də qadağa ilə bağlı razılığa gəlməsi gözlənilir.
WBE qərarın tələbələrin smartfonlarla bir-birlərinin şəkillərini çəkməsi və sosial media platformalarında paylaşması və bunun da təzyiq cinayətlərinin sayının artması ilə nəticələndiyini bildirib.