Los-Ancelesdəki məktəblərdə mobil telefonlar və sosial media qadağan ediləcək
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində akademik saatlarda dövlət məktəblərində şagirdlərə mobil telefon və sosial mediadan istifadə qadağan ediləcək.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Los Angeles Birləşmiş Məktəb Dairəsinin İdarə Heyəti şagirdlərin tədris saatlarında mobil telefon və sosial media platformalarından istifadə etmələrini qadağan edən qərarı təsdiqləyib.
Buna görə 120 gün ərzində qərarla bağlı plan hazırlanacaq və icra 2025-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək.
Sözügedən qadağa ölkənin ikinci ən böyük məktəb rayonu olan Los-Ancelesdə 429 mindən çox şagirdə şamil ediləcək.
Bildirilir ki, bu addım dərsdə diqqətin yayındırılmasının qarşısını almaq və şagirdlərin psixi sağlamlığını qorumaq məqsədi daşıyır.