Bakı xanı general Sisianovu öldürəndən sonra şəhəri qoyub qaçıb?
Əksər tarixçilər qeyd edirlər ki, Azərbaycanı işğal etməyə gələn rus ordusunun başında duran Pavel Sisianovu 1806-cı il fevralın 8-də Hüseynqulu xan öldürəndən sonra şəhəri başsız qoyub qaçıb. Bu barədə vaxtilə məndə yanlış mənbələrə güvənib yazmışam. Lakin yeni məlumatlar üzə çıxdıqca yanlışlığımı düzətlmək zamanı gəldiyini düşünürəm.
Xanın generalı öldürməsinə səbəb isə Sisianovun onun qarşısında diz çöküb açarları təhvil verməsini tələb etməsi olub. Qeyd edim ki, Xanın nümayəndələri qaladan çıxıb əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyirlər. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:
- Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.
Xan bunu eşidib generala yaxın gəlmək işarəsi verir, qalanın içindən çıxır və “diz çök” sözündən sonra onu şəxsən güllələyir. Soyuq silahlarla işləməkdə mahir olan Hüseyn-Kuli xan uzun xəncəri çıxarıb generalın başını kəsir. Artıq başı kəsilmiş cəsəd yerə yıxılır. Qoşa Qala qapıları yanında görüş zamanı, general Sisianov şəhərin açarlarını alanda Xanın yaxın adamlarından biri İbrahim bəy tapançadan atəş açaraq generalı öldürməyib. Bunu birbaşa xanın özü edib və düşmən yerə yıxılan zaman "Səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım" deyib
Xan ona generalın yazdığı “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunumla işğal etmədiyim hər şeyi yandıracağam; Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan öləcəksən" məktubundakı sözləri bağışlaya bilməzdi.
Onun meyiti Lal Qafaroğlu adlı xanın yaxın adamı tərəfindən yerindəcə doğranıb. Bakı xanı Hüseynqulu Sisianovun “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedib hər şeyi yandıracağam...” sözlərinə belə cavab verdi.
Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan tapılmayıb. Kimi deyir Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirilib, kimi deyir, Avar xanı Əhməd xana sovqat göndərilib, kimi də deyir ki, qırx pud ağırlığında qızıla İran şahına satılıb.
Rus ordusunun generalın ölümündən sonra Hüseynqulu xan Bakını dərhal tərk etməyib. Şəhərin müdafiəsində durub, çünki ruslar general öləndən sonra çəkilib getmişdilər. Lakin sonradan general Bulqakovun yeni ordu ilə gəlməsindən sonra öz yaxın adamı Kazım bəyi onunla danışlqlar aparmağa göndərir. Beşbarmaq dağı yanında Kazım bəy generala xan və ailəsinin bağışlanmayacağı təqdirdə şəhərdə hər kəsin son nəfəsinə qədər döyüşəcəyini deyir.
Bakıya yaxın olan Bulqakov yenidən hərbi əməliyyatlara başlamaq istəmir. Bakı xanının rus qoşunlarından “təhlükəsizliyinə zəmanət” verir. Vəziyyəti yaxşı bilən Bulqakov özünü təqdim edən fürsəti əldən verə bilməzdi və hətta guya etimad əlaməti olaraq Borisoglebsk Dragoon Alayında polkovnik-leytenant rütbəsində xidmət edən oğlunu Kazım bəylə şəhərə göndərir.
Xan sona qədər döyüşmək niyyətində olub, lakin rusların sayca çoxluğu sakinləri məhv edilməkdən qorumaq üçün onun şəhəri tərk etməsinə səbəb olub.
Bakı xanı dəniz və quru tərəfdən hücuma məruz qaldığını görüb Bulqakovun onu aldatdığını başa düşür və Bakının açarlarını Kazım bəy generala təqdim edən zamanı yeraltı yolla şəhərdən ailəsinin təhlükəsziliyi üçün Qaradağ ərazisinə, dəniz kənarına gedir, oradan isə gəmi ilə Qacar dövlətinə köçür. Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdı: "Sabahını düşünən insan heç vaxt igid ola bilməz".
Bakı işğal olunandan sonra müqavimətdə iştirak edən bəziləri sürgünə göndərilir. Generalın qərarına etiraz edən xanın qohumlarınin bəziləri isə indi Qala qapıları meydanı adlanan (Xanlıq dövründə carçı meydanı) asılır və güllələnir.
Xüsusilə Bakı xanı Hüseynqulu хan Təbrizə qaçan zaman Bakının açarlarını şəhərin açardarı, İçərişəhər məscidinin axundu Ağa Seyid Məhəmmədə verdiyi üçün onu şəhər meydanında böyük işgəncələrə məruz qoyurlar. Ruslar açarların harada olmağından xəbərdar olsa da, heç bir şeyə nail ola bilmirlər. Bu özbaşınalığa dözməyən rus əsgərləri şəhərin hörmətli şəхsi olan aхunda divan tutmaq üçün ona 100 çubuq vururlar. Aхund 87 çubuqdan sonra ölür. Bu çirkin niyyətlərindən doymayan ruslar axundun 12 yaş olan oğlu Mir Cəfəridə incitmək istəyirlər. Lakin camaat uşağı ələ verməyib, gizlədir.
Xan Ərdəbil şəhəri yaxınlığında, 8 həyat yoldaşı, 17 qızı və 5 oğlu ilə yaşayır. Burda rəhmətə gedir və Kərbəlada dəfn edilir.
Zaur Aliyev, dosent