Vaşinqtonda sülh protokolu imzalana bilər

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşdə iki ölkə arasında sülh sazişinə dair niyyət protokolu imzalayacaqları ehtimal olunur.
AFN.az-ın məlumatına görə, bu barədə "Kommersant" nəşrində dərc edilən ətraflı məqalədə qeyd olunub.
Bildirilir ki, sözügedən sənəd hüquqi qüvvəyə malik olmasa da, Ağ Ev tərəfindən əhəmiyyətli diplomatik nailiyyət kimi dəyərləndirilə bilər.
Xatırladaq ki, avqustun 8-də Prezident Trampın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş planlaşdırılıb.