Gömrük Komitəsində otağı su basdı - Video

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.
AFN.az Qafqazinfo-ya istindən xəbər verir ki, binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.
Nəticədə otağa tavandan su tökülməyə başlayıb.
Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil.
***
Dövlət Gömrük Komitəsindən sorğumuza cavab olaraq bildirildi ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib və tez bir zamanda aradan qaldırılıb.