Gömrük əməkdaşlarının maaşları 4 aydan sonra ödəndi


Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının maaşları aylar sonra ödənilib.


AFN.az xəbər verir ki, komitənin mətbuat katibi Natiq Axundov bildirib ki, artıq problem aradan qaldırılıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları oktyabr ayından bəri maaş ala bilmirdilər. Son günlər mediada bununla bağlı xəbərlər yayılırdı. Əməkhaqlarının ödənməməsi ilə bağlı müxtəlif versiyalar səslənirdi.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov açıqlama verərək maaşların gecikməsinin texniki problemlə əlaqədar olduğunu bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu