Gürcüstanla sərhəddəki problem aradan qaldırıldı




Gürcüstan sərhədində yaranmış problem aradan qaldırılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 2-də saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb. Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Saat 23:30-da baş verən nasazlıq aradan qaldırılıb, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunub. Hazırda "Qırmızı Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu