Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edir

Tailandın Xarici İşlər Nazirliyi Kamboca Silahlı Qüvvələrinin sərhəddə atəşkəs rejimini növbəti dəfə pozduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, büvafiq bəyanat qurumun saytında yerləşdirilib.
"2025-ci il iyulun 29-da axşam saatlarında, Tailand və Kamboca arasında atəşkəs razılaşmasının əldə olunmasından 24 saat keçməmiş Phu Makuadakı (Sisaket əyaləti) Tayland ordusunun mövqeləri Kamboca hərbçiləri tərəfindən atıcı silahlardan və qumbaraatanlardan istifadə etməklə hücuma məruz qalıb. Hücum iyulun 30-u səhərə qədər davam edib" - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, belə bir “təcavüz aktı” Kamboca Silahlı Qüvvələri tərəfindən atəşkəs sazişinin “daha bir kobud şəkildə pozulmasını” təşkil edir. Tailand Kambocanı hücumları "dərhal dayandırmağa" və əvvəllər əldə edilmiş razılaşmalara tam əməl etməyə qayıtmağa çağırır.