Kamboca hərbi əməliyyata hazırlaşır - Tailand NK


Kamboca Kuala-Lumpurda keçirilməsi planlaşdırılan sülh danışıqları ərəfəsində Tailandla sərhəd bölgələrdə böyük hərbi əməliyyata başlamağa hazırlaşır.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tailand hökuməti bəyanat yayıb.



"Kamboca hücumları ara-sıra davam edir. Bu hücumlar sərhədyanı bölgələrdəki insanlar üçün əlavə risklər yaradaraq, döyüş qaydalarının pozulmasını təşkil edə bilər. Vəziyyət son dərəcə gərgin olaraq qalır və danışıqlar ərəfəsində Kambocanın böyük hərbi əməliyyata hazırlaşması gözlənilir", - deyə Tailand Nazirlər Kabinetinin saytındakı bəyanatda bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu