"Araz-Naxçıvan" - "Omoniya" oyununun hakimləri açıqlandı


Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.



Görüşün baş hakimi FIFA referisi Ondrey Berka olacaq.



Ona Ovan NadvornikYan Vana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək.



VAR-da Tomas Kocourek, AVAR-da isə Miroslav Zelinka əyləşəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu