Ağalarovlara qarşı cinayət işi başlanır?

Kremlə yaxın mənbələ avqustun 5-də 2-ci Qərb Dairə Hərbi Məhkəməsinin iclasından sonra “Crocus City Hall”un sahibləri – Ağalarovlar ailəsinə qarşı cinayət işinin başlana biləcəyini bildirib.
İddialara görə, hadisə qurbanları məhkəməyə müraciət edərək səhlənkarlıqdan şikayət ediblər – təhlükəsizlik tədbirlərinin zəifliyi və yoxlamaların seçmə xarakter daşıdığı bildirilir.
Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti məsuliyyəti FSB və Daxili İşlər Nazirliyindən yayındıraraq biznesin üzərinə yönəltməyə və ictimai qəzəbi “uyğun istiqamətə” yönəltməyə çalışır.
Bundan əvvəl məlum olmuşdu ki, Araz Ağalarova qarşı icra icraatı başladılıb — bu, Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş reyddən cəmi bir gün əvvəl olub. Həmin reyd nəticəsində iki nəfər həlak olub.
Son məlumatlara görə, Araz Ağalarov hazırda Bakıdadır. Onun oğlu, Azərbaycanın xalq artisti Emin Ağalarov bir neçə gün öncə Instagram-da Sea Breeze-dən fotolar paylaşıb.