Avqustda Bakıda 40 dərəcə isti gözlənilir

Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 22-27 dərəcə, gündüzlər 29-34 dərəcə, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 26-29 dərəcə isti olacağı gözlənilir. Gecələr 23-28 dərəcə, gündüzlər 30-35 dərəcə, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Yağıntının miqdarı iqlim normasına yaxındır (6-10 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 18-23 dərəcə isti olacağı gözlənilir. Gecələr 15-20 dərəcə, gündüzlər 27-32 dərəcə, bəzi günlərdə 35-37 dərəcə isti olacağı gözlənilir. Yağıntının miqdarı iqlim normasına yaxın olacaq (26-55 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında orta aylıq temperatur 20-23 dərəcə isti olacaq. Gecələr 13-18 dərəcə, gündüzlər 25-30 dərəcə, bəzi günlərdə 33-37 dərəcə isti gözlənilir. Yağıntı normasına yaxın olacaq (15-37 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında orta aylıq temperatur 25-27 dərəcə isti olacaq. Gecələr 21-26 dərəcə, gündüzlər 29-34 dərəcə, bəzi günlərdə 37-41 dərəcə isti gözlənilir. Yağıntı normasına yaxın olacaq (19-27 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturu 23-26 dərəcə isti olacaq. Gecələr 19-24 dərəcə, gündüzlər 28-33 dərəcə, bəzi günlərdə 35-38 dərəcə isti gözlənilir. Yağıntı normasına yaxın olacaq (27-116 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 27-29 dərəcə isti olacaq. Gecələr 22-27 dərəcə, gündüzlər 30-35 dərəcə, bəzi günlərdə 38-41 dərəcə isti gözlənilir. Yağıntı normasına yaxın olacaq (6-22 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında orta aylıq temperatur 23-27 dərəcə isti olacaq. Gecələr 20-25 dərəcə, gündüzlər 30-35 dərəcə, bəzi günlərdə 37-39 dərəcə isti gözlənilir. Yağıntı normasına yaxın olacaq (13-83 mm).