Minaya düşən hərbçilərimizlə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyi Kəlbəcərdə hərbçilərimizin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Açıqlamada deyilir:
“Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır”.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.
Qeyd olunub ki, hərbi qulluqçuların mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.