Laçında 2 hərbçimiz minaya düşdü
İki hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bu barədə AFN.az-a Qubadlı Hərbi Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları - Vüqar Süleymanovun avqustun 20-si, Heydər Gülmalıyevin isə avqustun 21-i işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı araşdırma aparılır.