Xocavənddə Türkiyə vətəndaşı minaya düşdü


Xocavənddə Türkiyə vətəndaşı minaya düşərək xəsarət alıb.


Rayon prokurorluğundan AFN.az-a bildirilib ki, iyulun 14-ü saat 14 radələrində işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Yalpiri Yıldıray minaya düşüb.

Araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan şirkətdə ekskavator sürücüsü kimi çalışan Y.Yıldıray minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün Cəbrayıl rayonunda da "Azərsun Holdinq"ə məxsus yük maşınının sürücüsü Şamil Məmmədov da minaya düşərək xəsarət almışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu