Avropa ölkələri müdafiə sammiti keçirəcək
Avropa İttifaqı (Aİ) bu gün müdafiə ilə bağlı ilk sammitində Avropanın bu sahədə daha çox məsuliyyət daşımasını təmin etmək üçün nə edilə biləcəyini müzakirə edəcək.
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri bu gün Brüsseldəki Eqmont sarayında Aİ Şurasının sədri Antonio Kostanın rəhbərliyi altında Avropanın müdafiəsinin gələcəyini gün ərzində müzakirə edəcəklər.
Bu, Aİ tarixində ilk müdafiə görüşü olacaq.
Qeyri-rəsmi görüşdə heç bir qərar verilməyəcək, lakin iyun ayında keçirilməsi və müdafiəyə xüsusi önəm verilməsi planlaşdırılan sammitdə qəbul ediləcək qərarlar üçün zəmin yaradılacaq.
Sammitin bəzi hissələrinə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın baş naziri Keir Starmer də qatılacaq.