Həbs edilən şəxs ötən il məktəb direktorluğundan çıxarılıbmış - RƏSMİ
Rüşvətə görə həbs edilən Fəxrəddin Həsənov ötən il vəzifəsindən azad edilib.
Bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ağsu rayonu Rəhimli kənd S.Mikayılov adına tam orta məktəbin direktoru işləmiş Həsənov Fəxrəddin Həsənqulu oğlu əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə 03.07.2024-cü il tarixində tutduğu vəzifədən azad edilib.
"Bununla yanaşı, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib", - açıqlamada qeyd olunur.