Yüksək vəzifəli FTB məmurları istefa verməyə məcbur edilir - İDDİA


ABŞ-da Federal Təhqiqatlar Bürosunda (FTB) çalışan bir qrup yüksək vəzifəli məmura istefa verməli olduqları, əks halda işlərinə xitam veriləcəyi bildirilib.



“Washington Post” qəzeti məsələ ilə bağlı üç müxtəlif mənbəyə istinadən xəbər verib ki, FTB-nin bir neçə yüksək vəzifəli məmurundan fevralın 3-dək istefaya getmələri istənilib, əks halda işdən çıxarılacaqları bildirilib.

Hesabata görə, istefası tələb edilən yüksək vəzifəli məmurlar arasında bir neçə icraçı direktor müavini, cinayət və milli təhlükəsizlik araşdırmalarına nəzarət edən idarəçilər və FTB-nin ölkə üzrə sahə ofislərində yüksək vəzifəli agentlər var.

Bildirilib ki, FTB-nin keçmiş direktoru Kristofer Reyin dövründə bu vəzifələrə təyin olunan məmurların əksəriyyəti hələ pensiya yaşına çatmayıb və buna görə də, vəzifədən kənarlaşdırılmaq məcburiyyətində qaldıqları halda pensiya hüquqları, sosial təminat və kompensasiya kimi qazandıqları müavinətlərdən məhrum edilə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu