Rusiyada yüksək vəzifəli erməni polis öldürülüb
Rusiyanın Stavropol şəhərinin yüksək vəzifəli polis əməkdaşı, erməni Ruslan Abovyan güllənərək öldürülüb.
Məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, Ruslan Abovyan Stavropolda polis şöbələrindən birində Cinayət-axtarış idarəsi rəisinin müavini işləyirdi. Hadisə gecə saatlarında baş verib. Onda 9 güllə yarası aşkar edilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib. Qətlin törədilməsi ilə bağlı 1977-ci il təvəllüdlü Zaurbek K. barəsində axtarış elan edilib.